SİYASƏT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Balakən gömrükxanasının əməkdaşlarının sərhədçilərlə birgə qaçaqmalçılıqla mübarizə məqsədilə keçirdiyi reyd zamanı həmin rayonun Rusiya Federasiyasının Dağıstanla sərhəd ərazisində yerləşən Qübeh maldarlıq yaylağında Dağıstan istiqamətindən gələn “Qaz-66” markalı 46-03 AQX dövlət nömrə nişanlı avtomaşın saxlanılmış, yoxlama zamanı avtomaşının yük yerindən 14300 qutu xarici siqaret aşkar edilərək götürülmüşdür.
X X X
Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” müvafiq fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Yevlax gömrükxanasının qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölməsinin əməkdaşlarının həmin rayonun polis şöbəsinin NMQ-nin işçiləri ilə birgə keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayonun Aşağı Qarxun kəndi ərazisinin kənarında, ümumi sahəsi 2,5 hektar olan ərazidən 2,2 ton, Kəncə kömrükxanasının qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölməsinin DİN Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayon Yenikənd kəndi ərazisindəki istifadəsiz 2 hektar sahədən 2,3 ton yabanı halda bitmiş çətənə kolları aşkar edilərək toplanmış və yandırma üsulu ilə məhv edilmişdir.
X X X
Xaçmaz gömrükxanasının “Yalama” gömrük postunun əməkdaşlarının 282 saylı “Həştərxan-Bakı” qatarına keçirdiyi gömrük baxışı zamanı Azərbaycan vətəndaşları Ağayev İslam İsmayıl oğluna və Vəliyev Rasxiq Gülməmməd oğluna məxsus gömrük nəzarətindən gizlədilmiş 2000 qutu xarici siqaretlər aşkar edilərək götürülmüşdür.