REGİONLAR
DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ ŞƏKİDƏ REGİONAL SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə birgə Şəkidə daşınmaz əmlakın dövlət reyestrinin, torpaqların plan və ölçülərinin hazırlanıb vətəndaşlara verilməsi işinin səmərəli təşkili məsələlərinə həsr olunmuş regional seminar-müşavirə keçirmişdir.
Tədbirdə bildirilmişdir ki, seminar-müşavirə Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında imzaladığı Sərancamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində növbəti maarifləndirmə tədbiridir.
Seminarda respublikamızda həyata keçirilən torpaq islahatları və onun nəticələri barədə danışılmışdır.
Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.