REGİONLAR
DQİDK sədri Ağdaşda vətəndaşları qəbul edib VİDEO
Ağdaş, 1 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.