Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

DSMF-nin Quba şöbəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində bir sıra nöqsanlara yol verilib

DSMF-nin Quba şöbəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində bir sıra nöqsanlara yol verilib

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında 2016-cı il yanvarın 1-dən bu il yanvarın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Quba rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabat müzakirə edilərək təsdiqlənib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də, bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Təqdim edilmiş məlumatlara əsasən, 2016-cı ildə fond tərəfindən 8821,2 min manat həcmində təsdiq edilmiş proqnoz 84,6 faiz icra edilərək 7460,6 min manat vəsait toplanıb. Həmin vəsaitin 5778,3 min manatı və ya 77,5 faizi büdcə, 1682,3 min manatı və ya 22,5 faizi qeyri-büdcə sektorundan daxil olub, bu sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 86,4 faiz və 78,7 faiz təşkil edib.

Bu il yanvarın 1-nə sığortaolunanların sayı isə 10460 nəfər, o cümlədən büdcə sektoru üzrə 8228 nəfər (78,7 faiz), qeyri-büdcə sektorunda hüquqi şəxslər üzrə 1772 nəfər (16,9 faiz), fiziki şəxslərin işçiləri üzrə 460 nəfər (4,4 faiz) təşkil edib.

Auditə təqdim olunmuş müvafiq məlumatlara əsasən 2016-cı il ərzində fond üzrə hesablanmış vəsait 8069,5 min manat təşkil edib. Həmin vəsaitin 98,8 faizi məcburi dövlət sosial sığorta haqqından, 1,2 faizi tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrdən, cəmi 3,2 min manatı isə sanatoriya-kurort yollayışlarının satışından daxilolmalardan ibarət olub.

Məcburi dövlət sosial sığortası üzrə 6720,8 min manat (84,3 faiz) sığortaedənin vəsaiti, 917,5 min manat (11,5 faiz) sığortaolunanın vəsaiti hesabına, 3,4 min manat gəlirlərə nisbətdə (sərbəst mühasiblər, vəkillər və s.), 293,4 min manat (3,7 faiz) minimum aylıq əməkhaqqına nisbətdə (fiziki şəxslərin özlərinə görə), 18,2 min manat (0,3 faiz) kənd təsərrüfatına yararlı torpaq sahələri üzrə, 15,0 min manat (0,2 faiz) isə digər gəlirlər üzrə hesablanıb.

Audit olunan dövr ərzində şöbə tərəfindən 746 yeni pensiya təyinatı aparılıb. Yeni təyin olunmuş pensiya işlərinin auditi zamanı müəyyənləşdirilib ki, bir sıra hallarda pensiya təyin olunarkən pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları tam araşdırılmayıb, sığorta davamiyyəti əmsalı, sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı düzgün nəzərə alınmayıb, pensiyanın təyin edilməsi müddəti dəqiq müəyyən edilməyib.

Müvafiq məlumatlara əsasən, mərkəzdə yaradılmış komissiya tərəfindən 2016-cı il ərzində 591 müraciətə baxılıb, bu müraciətlərin hamısı üzrə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin edilib, həmin dövr ərzində 57 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

Təyin edilmiş işlər üzrə ÜSY-nın adambaşına düşən orta məbləği 33,44 manat, həmin dövrdə təyinat üzrə cəmi məbləğ 88650,0 manat olub.

Araşdırma zamanı ÜSY təyinatı üzrə fəaliyyətdə bir sıra nöqsanlara yol verildiyi, ərizəçilər tərəfindən də ailənin gəlirləri və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması haqqında məlumat verilmədiyi, bağlanmış ÜSY hesablarında vəsait qalığının mövcudluğu aşkarlanıb.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən, Quba rayonunda 856 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb. Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 6 kənddə 108 ÜSY işi üzrə monitorinq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün hərbi xidmətə getməsinin, ailə üzvünün xarici ölkədə yaşamasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Təqdim edilmiş müvafiq məlumatlara əsasən ötən il yanvarın 1-nə DSMF-nun Quba rayon Şöbəsi üzrə aylıq sosial müavinət, kompensasiya və Azərbaycan Respublikası Prezidentinin təqaüdü işlərinin sayı 8028 olub. Fondun Quba rayon Şöbəsi üzrə auditin əhatə etdiyi dövr ərzində 1259 nəfərə yeni təyinat aparılıb.

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyənləşdirilib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin əlavə edilməməsi halları aşkarlanıb. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda vəfat etməsi, köçməsi və digər səbəblərdən müavinət işləri dayandırılmış şəxslərin işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Bundan əlavə, müavinətlərin təyin olunması üçün "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri müavinətin ödənişi müddətində həmin şərtlərin qüvvədə olması vəziyyəti izlənilməyib.

Bu il yanvarın 1-nə evlərdə səyyar sosial xidmət göstərilən şəxslərin sayı 108 nəfər olmaqla onlara şöbənin 13 sosial xidmətçisi tərəfindən xidmətin göstərilməsi nəzərdə tutulub.

Audit zamanı evlərdə səyyar sosial xidmət göstərilən tək ahıl və əlil şəxslərin işlərinin araşdırılması zamanı müəyyən edilib ki, bir sıra hallarda sosial xidmət göstərilən şəxslərin yaşadığı ərazidə onu saxlamağa borclu olan qohumları olduğu halda şöbə tərəfindən sosial xidmətə götürülüblər.

Şöbənin yerli büdcə vəsaitləri hesabına saxlanılması xərclərinin auditi göstərib ki, auditlə əhatə olunan dövrdə müvafiq əmr olmadan işçilərin kollektiv mükafatlandırılması həyata keçirilib, əməkhaqqı xərclərinin hesablanması və ödənilməsi zamanı nöqsanlara və artıq xərclərə yol verilib.

Hesablama Palatasının kollegiyası yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə müvafiq təqdimat, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür