ELM VƏ TƏHSİL
DÜNYANIN ƏN YAXŞI 10 UNİVERSİTETİ SİYAHISINA AMERİKANIN ALİ MƏKTƏBLƏRİ BAŞÇILIQ EDİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, dünyanın ən yaxşı 10 universiteti siyahısına ABŞ ali məktəbləri - Harvard, Stenford, Kalteha universitetləri, Kaliforniyanın Berkli və Britaniyanın Kembric universitetləri başçılıq edirlər.
2003-cü il üçün dünyanın ən yaxşı ali məktəblərinin reytinqini Şanxay Universiteti Ali Təhsil İnstitutunun əməkdaşları tərəfindən tərtib olunmuşdur.
Belə ali məktəblərin seçilməsində elmi tədqiqat işlərinin nəticələri, o cümlədən Nobel mükafatı laureatlarının və dünya şöhrətli alimlərin sayı, habelə dünyanın aparıcı elmi nəşrlərində təbiyyat elmlərinə və humanitar fənlərə dair elmi əsərlərin sayı əsas meyar kimi götürülür.
Bu siyahıda Rusiyanın qocaman ali məktəbi - Moskva Dövlət Universiteti 112-ci yeri tutur.