ELM VƏ TƏHSİL
DÜNYA ŞÖHRƏTLİ İQTİSADÇI ALİMİN ƏSƏRİ AZƏRBAYCAN DİLİNDƏ ÇAP EDİLMİŞDİR
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, qısa müddətdə 33 dilə tərcümə edilmiş bu populyar əsərdə dünya iqtisadiyyatının təhlili verilir, Çinin, Koreyanın, Malayziyanın sürətlə inkişaf etməsinin, eyni zamanda Afrikanın Qana, Botsvana, Nigeriya kimi iqtisadi cəhətdən zəif olan ölkələrinin vəziyyəti və bunun səbəbləri izah edilir. “Kasıb ölkələrdə varlılar və yoxsullar arasındakı uçurum niyə dərinləşir?”, “1997-1998-ci illərdə qlobal maliyyə böhranının səbəbkarı kimlərdir?”, “Ədalətli ticarət” prinsipləri kimin üçün ədalətlidir?”, “Dünya xalqlarının taleyini həll edən qərarlar harada qəbul olunur?”... Oxucu kitabda indi hamını düşündürən, narahat edən bu və digər sualların cavabını tapa biləcəkdir.
Kitab beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edən təşkilatların işçiləri, iqtisadçılar, ali məktəblərin iqtisadiyyat fakültəsinin müəllim və tələbələri üçün faydalı ola bilər.
Kitabın redaktoru İqtisadi İslahatlar Mərkəzinin direktoru Rəhim Hüseynovdur.