CƏMİYYƏT


“D” vitamini sağlamlığı möhkəmləndirir

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Danimarkalı alimlərin apardığı tədqiqatla sübut olunub ki, orqanizmində kifayət qədər “D” vitamini olan insanların sağlamlıq göstəriciləri başqalarına nisbətən daha yaxşıdır. AZƏRTAC “trkterra.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislər 95 min pasiyentin müayinə məlumatlarını təhlil ediblər.

Ekspertlər deyirlər ki, “D” vitamini çatmayanda ürək-damar xəstəliklərinə, habelə xərçəngə və II tip diabetə tutulma ehtimalı artır. Qanında yetərincə “D” vitamini olmayan pasiyentlərin sağlamlığı elə də möhkəm deyil.

Alimlər bu göstəriciləri yaxşılaşdırmaq üçün istənilən mövsümdə və havada gündüz gəzintisini tövsiyə edirlər. Yayda gün altında qaralma da məsləhət olunur.

“D” vitamini həb şəkildə sümüklərini möhkəmləndirmək və sınıq riskini azaltmaq üçün yalnız təqaüdçülərə tövsiyə edilir. Bundan əlavə, təcrübi yolla sübut edilib ki, irsiyyət də “D” vitamininin səviyyəsinə müəyyən təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.