İDMAN


“Daçiya”– “Kəpəz” oyununu gürcüstanlı hakimlər idarə edəcək

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək “Daçiya”– “Kəpəz” oyununu gürcüstanlı hakimlər idarə edəcək.

AZƏRTAC xəbər verir ki, oyunun baş hakimi Laşa Silagava olacaq. Baş hakimin köməkçiləri Zaza Menteşaşvili və Levan Todriadır. Dördüncü hakim funksiyasının Goga Kikaçeişvili yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Tammo Beishuizen (Hollandiya), hakim-inspektoru isə İçko Lozev (Bolqarıstan) olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.