İQTİSADİYYAT


Dağıstan Xəzər dənizində səyahət gəmiçiliyinin inkişafı üçün doqquz marşrut təklif edir

Moskva, 27 fevral, AZƏRTAC

Dağıstan Xəzər dənizi ölkələri boyunca səyahət marşrutlarının açılmasına dair beynəlxalq layihəni Soçidə keçirilən Rusiya İnvestisiya Forumunda təqdim edəcək. Bu barədə Dağıstan Sahibkarlıq və İnvestisiya Agentliyinin rəhbəri Bəşir Maqomedov məlumat verib. Onun fikrincə, kruiz gəmiləri ilə Xəzəryanı ölkələrə səyahət həm bu ölkələrin əhalisi, həm də əcnəbi turistlər üçün maraqlı olar.

Dağıstan bu layihə çərçivəsində doqquz marşrut təklif edir. B.Maqomedov bildirib ki, bu marşrutlardan ən maraqlısı Mahaçqala-Dərbənd-Bakı-Ənzəli-Türkmənbaşı-Aktau-Həştərxan-Mahaçqala marşrutu ilə səyahəti nəzərdə tutan “Xəzər dostluq dənizidir” layihəsidir.

Yeni layihə çərçivəsində Mahaçqala Dəniz Ticarət Limanında kruiz gəmiləri, yaxtalar və katerlərin yan alması üçün sərnişin və bərə körpülərinin inşası planlaşdırılır. Burada, həmçinin illik sərnişin dövriyyəsi 30 min nəfər təşkil edəcək dəniz vağzalı və otel tikiləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.