İDMAN
Dağıstanda uşaqlar arasında şahmat üzrə komanda turniri keçiriləcək
Moskva, 23 avqust, AZƏRTAC
Avqustun 25-28-də Dağıstanda “Xəzər dostluq dənizidir-2017” düşərgəsində uşaqlar arasında şahmat üzrə komanda turniri keçiriləcək. Yarışlara Azərbaycan və Rusiya idmançıları qatılacaqlar.
Bu barədə beynəlxalq qrossmeyster Cakay Cakayev “Dağıstan” informasiya agentliyinə məlumat verib. İyirmiyə yaxın komandanın yarışacağı turnir Dağıstanın tanınmış ictimai xadimi Maqomed Qamzatovun xatirəsinə həsr olunub. Turnirdə Bakı və Sumqayıtdan, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya, Kalmıkiya, Həştərxan, Volqoqraddan 80-dən çox şahmatçı iştirak edəcək.
Qaliblərə Dağıstan Təhsil və Elm Nazirliyinin diplomları, M.Qamzatovun ailəsi adından kubok və medallar təqdim olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:43]
Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]