İQTİSADİYYAT
Dağıstandan Azərbaycana təbəqə şüşə ixrac ediləcək
Moskva, 8 noyabr, AZƏRTAC
Dağıstanın Xəzər Təbəqə Şüşə Zavodu Azərbaycana 5 milyon dollar dəyərində təbəqə şüşə ixrac edəcək. Dağıstan Sənaye və Ticarət Nazirliyindən TASS agentliyinə bildiriblər ki, bu barədə razılaşma Azərbaycanın “Qlass Haus” şirkəti ilə imzalanıb.
2013-cü ildə istifadəyə verilmiş Xəzər Təbəqə Şüşə Zavodu sutkada 600 ton şüşə istehsal edir. Zavodun 350-dən çox tədarükçü və 67 podratçı ilə əməkdaşlıq əlaqələri var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:13]
“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
- 19.03.2024 [12:50]
“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- 19.03.2024 [12:43]
® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb
- 19.03.2024 [10:11]