İDMAN


Dağıstanın dövlət xadiminin mükafatı uğrunda yarışda güləşçilərimiz 4 medal qazanıblar

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 4 medala sahib olublar.

Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqləniblər. Onların hamısı bürünc medal qazanıb.

Turnirdə 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.