SİYASƏT
Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının daha fəal iştirakı məsələsi müzakirə edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Stefan Ştaynlayn ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, görüşdə 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində artan gərginlik riski fonunda problemin siyasi yolla həlli imkanları, tərəflər arasında etimadın yaradılması və həll prosesində Avropa İttifaqının daha fəal iştirakı məsələləri müzakirə edilib.