Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dağlıq Qarabağ və böyük dövlətlərin xarici siyasəti: yeni “yolayrıcı”?

Dağlıq Qarabağ və böyük dövlətlərin xarici siyasəti: yeni “yolayrıcı”?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu il yanvarın 17-də keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə müxtəlif reaksiyalar verilir. Azərbaycan tərəfi öz təmkinli mövqeyini bir daha nümayiş etdirərək, real vəziyyəti ifadə edən fikirlər səsləndirib. Bunun fonunda bir sıra Rusiya və Ermənistan KİV-i təbliğat xarakterli yazılar verirlər. Onlar S.Lavrovun dediklərini daha çox işğalçı Ermənistanın mövqeyinə uyğun şərh etməyə çalışırlar. Bununla həm danışıqlar prosesinə zərbə vurulur, həm də həqiqətlər təhrif edilir. Nəticədə, münaqişənin ədalətli həlli yoluna növbəti maneə çıxarılmış olur.

Münaqişənin məzmunu: hər şey Ermənistanın təcavüzündən başlayıb

Rusiya Federasiyası xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun bu il yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (bundan sonra – Dağlıq Qarabağ münaqişəsi) ilə bağlı dediyi fikirlər əks-səda doğurub. Azərbaycan jurnalistinin bu məsələ ilə bağlı verdiyi suala cavabında Rusiya rəsmisi münaqişənin yalnız Azərbaycanın daxili işi olmadığını və beynəlxalq miqyasda onunla məşğul olan qurumun mövcud olduğunu deyib (bax: Выступление и ответы на вопросы СМИ Министра иностранных дел России С.В.Лаврова в ходе пресс-конференции по итогам деятельности российской дипломатии в 2016 году / "mid.ru", 17 yanvar 2017).

S.Lavrov sözlərinə davam edərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin qızğın vaxtı qəbul etdiyi bir çox qərarlar vardır ki, atəşkəsin dayandırılması istənilirdi. Rusiyanın xarici işlər naziri deyib: "Əgər arxivlərə müraciət etsək, atəşin dərhal dayandırılması tələbinə necə əməl edildiyini və kimlərin ona əməl edib, kimlərin etmədiyini görmək mümkündür" (bax: əvvəlki mənbəyə).

İşğal olunmuş ərazilərin azad olunması məsələsi isə, rusiyalı nazirin dediyinə görə, "hər zaman danışıqlar masasında olub, lakin sülh yolu ilə və Dağlıq Qarabağın sonradan statusunun müəyyənləşməsi şərti ilə" (bax: əvvəlki mənbəyə). S.Lavrov Rusiyanın aprel döyüşlərinin dayandırılmasındakı rolunu da vurğulayıb və bunun müsbət addım olduğunu söyləyib. Bundan sonra Vyanada və Sankt-Peterburqda prezidentlərin görüşündə münaqişə zonasında insidentlərə nəzarət mexanizminin hazırlanması barədə razılıq əldə edilib. Lakin ATƏT-də bu məsələ ilə bağlı hələlik ortaq fikir yoxdur (bax: əvvəlki mənbəyə).

Şübhə yoxdur ki, Rusiya böyük dövlətdir və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri güclüdür. Hətta bir sıra dairələr bu məsələnin real həllinin açarının Moskvanın əlində olduğunu hesab edir. Bu prizmadan S.Lavrovun ifadə etdiyi fikirlərə nəzər yetirdikdə, bəzi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Əvvəlcə onu deyək ki, nədənsə, Azərbaycanın bir sıra KİV orqanı S.Lavrovun bu cür fikirlər söyləməsini brifinqdə iştirak edən azərbaycanlı jurnalistlərin "təxribatçı suallar verməsi" ilə əlaqələndiriblər (bax: məs., Азербайджанские журналисты спровоцировали Лаврова / "haqqin.az", 17 yanvar 2017). Mümkündür ki, Rusiyanın hansısa informasiya agentliyi, yaxud erməni saytı bu fikirdə olsun, ancaq həmin mövqeyi Azərbaycanda işləyən bir KİV orqanının müdafiə etməsinin mənasını anlamaq çox çətindir.

Çünki hər bir jurnalistin, ilk növbədə azərbaycanlı jurnalistlərin haqqı və hüququ vardır ki, istənilən rəsmi şəxsdən soruşsun: əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, Siz necə reaksiya verərdiniz? Bu kimi sualları vermək hüququmuzu tanımamanın özü çox kobud və qəbuledilməz hüquq pozuntusudur və məsələ o dərəcədə aydındır ki, sübuta ehtiyac yoxdur. Bundan başqa, azərbaycanlı jurnalistlərin haqlı olduğunu S.Lavrovun cavabları bir daha təsdiqlədi.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi şəxslərinin məsələyə münasibəti də bunu təsdiq etməkdədir. Belə ki, Azərbaycan tərəfi BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməyə məhz İrəvanın əməl etmədiyini bir daha xatırladıb. Problem özlüyündə atəşkəsə nail olmaqda deyil, əsas maneə Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsindədir. Bu aspektdə “kim atəşkəsə əməl etdi, kim etmədi" məntiqi tamamilə yersizdir. Çünki əgər Azərbaycan torpaqlarının işğalına son qoyulmursa, buna mütləq cavab verilməlidir. Misal üçün, Rusiya öz ərazisinə olan hər hansı təcavüzə cavab vermək əvəzinə BMT-yə, yaxud ATƏT-ə müraciət edərdimi? Mümkün deyil.

Hətta Gürcüstan öz ərazisində olan Cənubi Osetiyada əməliyyatlara başlayanda Kreml heç kəsdən icazə almadan gürcü ordusunu nəinki həmin ərazidən vurub çıxardı, hətta Gürcüstanın ora aid olmayan başqa bölgələrini bombaladı. İndi Moskva da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın qarşısına "hərbi əməliyyatlar keçirmə!" kimi tələb qoyurlar. Bizim öz doğma torpaqlarımızı işğalçılardan təmizləmək istəyimizin qarşısına sədd çəkməyin adı nədir? Heç olmasa bu barədə sual vermək belə haqqımız yoxdurmu? Baxın, təxribatçı kimdir!

Rusiya və Ermənistan KİV-in məsələni necə şərh etmələrindən aydın görünür ki, bir sıra dairələr dərhal S.Lavrovun fikirlərini özləri bildiyi kimi yozmağa başlayıblar. S.Markedonov yazır ki, münaqişəyə xarici oyunçuların – Rusiya, Qərb, Türkiyə və İranın təsiri çoxdur. Hazırda onlar arasında müəyyən məsələlərdə fikir ayrılığı vardır. ABŞ-la Rusiya problemin sülh yolu ilə həllində ortaq mövqedədirlər, İran müəyyən fərqli baxışa sahib olsa da, dinc üsula üstünlük verir, Türkiyə daha çox Azərbaycanın mövqeyinə uyğun davranır və s. (bax: Сергей Маркедонов. Нагорно-карабахский конфликт: на перекрестке внешнеполитических интересов / РСМД, 17 yanvar 2016).

Bu cür müqayisələrin fonunda müəllif iddia edir ki, "hərbi üsuldan başqa bütün üsullar qəbulediləndir", hətta qeyri-hərbi yol "münaqişənin həllinin eliksiridir" (bax: əvvəlki mənbəyə). Sonra S.Markedonov Türkiyənin mövqeyini "Azərbaycanpərəst" adlandırır, Rusiyanın, ABŞ-ın, Fransanın və Qərbin digər dövlətlərinin mövqeyini isə "obyektiv", "qan tökülməsini istəməyən" mövqe kimi təqdim edir. Yəni həmin dövlətlərin təcavüzkarı dəstəkləməsi "ümumi obyektiv", "humanist" davranış kimi qələmə verilir.

Atəşkəs və ərazi bütövlüyü: əsas faktın gizlədilməsi

Ermənilər isə çox haqsız, həyasız fikirlər irəli sürürlər. Onlar Sergey Lavrovun boynuna qoymağa çalışırlar ki, Rusiyanın xarici işlər naziri Azərbaycanın siyasi rəhbərliyini xəbərdar edib ki, danışıqlar prosesini pozmasın, münaqişəni özünün daxili işi hesab etməsin. Bəzi separatçı qatillər isə S.Lavrovun dediklərinin Bakı üçün "soyuq duş" effekti yaratdığından, Azərbaycanın "diplomatik eqoizmini" və "özünün faşist mövqeyini kənara qoymasına" istiqamətləndiyindən dəm vururlar (bax: məs., Заявление Лаврова о карабахском конфликте – констатация действительности: Теван Погосян / "armenpress.am", 18 yanvar 2017 və Пресс-секретарь президента НКР считает заявление главы МИД РФ о Нагорном Карабахе холодным душем для Баку / "armenpress.am", 17 yanvar 2017).

Bütün bunlara rəğmən, bütövlükdə, atəşkəsdən, sülhdən, dinc yanaşı yaşamaqdan danışmaqla Qərbin ekspertləri bir məntiqi tələdən istifadə edirlər. Onlar Azərbaycan torpaqlarının işğal altında olması faktını yox saymaqla, hazırkı vəziyyəti başlanğıc kimi təqdim etməyə çalışırlar və Bakını "bu həqiqəti" qəbul etməməkdə suçlayırlar. Ankaranı da həmin kontekstdə "davakar qardaşını" dəstəkləyən qismində təqdim etməyə cəhd göstərirlər.

Açıq deyək: ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinin böyük tarixi səhvi təcavüzə gizli olaraq haqq qazandırmalarından ibarətdir! Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyi ilk zamanlardan bu yana beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə dəfələrlə erməni qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq hansı həmsədr dövlət məhz bu kontekstdə məsələni kəskin qoyaraq İrəvandan bunu tələb edib? Heç biri etməyib və etmək fikirləri də yoxdur! Bu reallıqdır, unudulmaz faktdır! Və belə həqiqətlərin fonunda atəşkəsdən ağızdolusu danışmaq baş aldatmaqdan, Ermənistanı qorumaqdan, işğal olunmuş ərazilərin hesabına geosiyasi dividend qazanmağa çalışmaqdan başqa bir şey deyil! Özü də bu davranış hansı dövlət tərəfindən edilirsə-edilsin, mənası birdir – təcavüzkarı müdafiə etmək!

Hamıya məlumdur ki, bütün bunlara baxmayaraq, rəsmi Bakı daim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub və bu mövqeyində indi də qalmaqdadır. Həmin çərçivədə Azərbaycan Rusiyanın göstərdiyi sülh təşəbbüslərini məmnunluqla qarşılayır, onu yüksək qiymətləndirir və böyük önəm verir. Bu barədə ən yüksək səviyyədə Azərbaycan rəhbərliyi fikrini ifadə edib. Azərbaycan tərəfi əldə edilən razılıqlara həmişə əməl edib və etməkdədir. O cümlədən atəşkəs rejiminə də tam əməl edir.

Bunlarla yanaşı, Bakının bir haqlı tələbi yerinə yetirilməsə, münaqişə həll oluna bilməz – Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar, ölkənin BMT tərəfindən tanınan ərazisinin bütövlüyü təmin olunmalıdır! Əgər buna danışıqlar yolu ilə nail olunacaqsa, çox yaxşı, Azərbaycan rəhbərliyi bunu qəbul edir. Lakin 20 ildən çoxdur ki, ermənilər müxtəlif bəhanələrlə məsələni qeyri-müəyyənlikdə saxlayırlar, Minsk qrupunun həmsədrləri isə ona ciddi mane olmurlar.

Bu vəziyyət nə vaxta qədər davam etməlidir? Rəsmi Bakı hesab edir ki, limit qurtarıb. Artıq konkret işə keçmək zamanıdır. Əgər həmsədrlər də daxil bunun reallaşmasına dəstək verilməyəcəksə, onda Azərbaycan BMT-nin Nizamnaməsində olan uyğun özünümüdafiə hüququna əsaslanmaqla, istədiyi üsulla işğalçını qovmaq haqqını saxlayır. Burada aydın olmayan nə var ki?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası İndi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır