CƏMİYYƏT


Daha 100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib

Bakı, 24 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində yerləşən istirahət mərkəzlərində dincəlmələrinə şərait yaradılacaq. May ayının ilk yarısından bu işlərə başlanılıb və artıq 200 nəfər əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir. Bu işlərlə bərabər, əlillərin maddi təminatlarının gücləndirilməsi, onların reabilitasiya potensiallarının həyata keçirilməsi üçün kompleks tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması və s. istiqamətlərdə də tədbirlər davam etdirilir.

Yola salınan insanlar yaz-yay mövsümündə mənalı istirahətlərinin təşkil olunması üçün görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.