CƏMİYYƏT


Daha 124 məktəb tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihəyə qoşulub

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Respublikamızın beş şəhərini və 36 rayonunu əhatə edən daha 124 məktəb tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihəyə qoşulub. 2016/2017-ci tədris ilinin sentyabrından etibarən 182 məktəbin 10-cu sinfindən başlayaraq tam orta təhsil səviyyəsi təmayüllərlə təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, 2011-ci ildə başlanılan bu layihə ilkin mərhələdə beş məktəbi əhatə edib. Həmin məktəblərdə tədris dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə aparılır. Ötən il 3 min 700-dək şagird 10-cu sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. Əldə edilən nəticələr təmayüllü məktəblərin şəbəkəsini daha da genişləndirməyə əsas yaradır. Tədrisin bu formada təşkili şagirdlərə gələcəkdə istədikləri ixtisaslara uyğun biliklərini inkişaf etdirmək imkanı yaradacaq. Həmçinin dərs saatlarının əksər hissəsinin ixtisas fənlərinə ayrılması şagirdlərin müvafiq istiqamətdə daha çox bilik qazanmalarına yol açır.

Mövcud qaydalara uyğun olaraq təmayül siniflərinin şagirdlərinin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir və məktəblərin qəbulu xüsusi seçim əsasında aparılır. Gələcəkdə təmayüllər üzrə tədrisin respublikamızın bütün məktəblərində tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyinin ümumi və məkətəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva bildirib ki, tədris planlarında müəyyən dəyişikliklər edilərək fənlərin sayı xeyli azaldılıb, təmayül fənlərinin proqramı mütəxəssislər tərəfindən yenidən hazırlanır. Bu proqramlar əsasında dərs vəsaitlərinin də hazırlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.