İDMAN


Daha bir “Çelsi”li futbolçu Çində

Bakı, 6 yanvar, AZƏRTAC

Çin komandaları Avropa klublarında forma geyinən futbolçuları transfer etməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Oskarın ardından Londonun “Çelsi” komandasına aid daha bir yarımmüdafiəçi Con Obi Mikel də Çinə yollanıb. Şəxsi “Twitter” səhifəsində məlumatı paylaşan 29 yaşlı nigeriyalı futbolçu “Tyanjin Teda” klubu ilə anlaşdığını bildirib. O, yazısında “Çelsi” azarkeşləri, futbolçuları və eləcə də əməkdaşlarına təşəkkürünü ifadə edib. Obi Mikel yeni klubunda tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atıb. Onun həftəlik məvacibi isə 165 min funt-sterlinq təşkil edəcək.

2006-cı ildən London təmsilçisinin heyətində çıxış edən Obi Mikel iki dəfə İngiltərə çempionluğunu qazanmaqla yanaşı dörd dəfə ölkə kuboku, liqa kuboku, İngiltərə superkuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. Onun aktivində 372 oyuna 6 qol və 13 məhsuldar ötürmə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.