İDMAN


Daha bir boksçumuz IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb. O, ilk döyüşündə Desmond Amsterdamla (Qayana) üz-üzə gəlib. “Rio-2016”nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

K.Şahsuvarlı 1/4 finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.