İDMAN


Daha bir boksçumuz IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə yüksəlib

Bakı, 15 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kiloqram çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev ikinci döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsində boksçumuz qətərli Tulasimaraam Tarumalinqamı 3:0 hesabı ilə məğlub edib. T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.

Qeyd edək ki, T.Abdullayevədək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da yarımfinala vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.