İQTİSADİYYAT


Daha bir marşrut xəttində “BakıKart”a keçilib VİDEO

A+ A

Bakı, 1 noyabr, Elvin Camalov, AZƏRTAC 

Daha bir marşrut xətti üzrə vahid ödəmə kart sisteminə keçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri N.Allahyarova deyib.

O bildirib ki, noyabrın 1-dən 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcək. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin sərnişinlərin “BakıKart”ı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub.

N.Allahyarovanın sözlərinə görə, ilk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.