CƏMİYYƏT


Daha bir məktəbin şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edilib

A+ A

Bakı, 15 noyabr, Elvin Camalov, AZƏRTAC

Daha bir məktəbin şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumat verilib ki, Bakının 67 nömrəli orta məktəbin şagirdləri Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya edib.

Qeyd edək ki, tədris ilinin başlanması ilə əlaqədar olaraq, AZAL 4-cü və daha yuxarı sinif şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edib. [email protected] e-mail ünvanına elektron müraciət göndərməklə ekskursiyaya yazılmaq mümkündür.

Ekskursiyalar şənbə günləri - günün birinci yarısında - keçirilir. Müraciətlərə növbə şəkilində baxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.