DÜNYA


Daha güclü və qənaətcil prosessorlar təqdim edilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

“Intel” şirkəti “Kaby Lake” kod adı ilə “Core” prosessorlarının yeddinci nəslini təqdim edib. Yeni çiplər əvvəlki nəsillə müqayisədə daha güclü və qənaətcildir.

AZƏRTAC “4PDA” saytına istinadən xəbər verir ki, şirkətin baş meneceri Navin Şenoy bildirib ki, fərdi kompyuterlər ətrafdakı bütün dəyişikliklərə uyğunlaşır. Çünki, “Intel” əsas diqqəti virtual reallıq və “4K” formatının dəstəklənməsinə yönəldib.

Həmçinin şirkət, ilk növbədə, “ikisi birində” qurğular və ultranazik noutbuklar üçün nəzərdə tutulan “Kaby Lake” mobil çiplərini nümayiş etdirib. İstehsalçıların sözlərinə görə, ilin sonunadək 10 millimetr qalınlığında noutbuklar satışa çıxarılacaq.

Altıncı nəsil prosessorlar kimi, “Kaby Lake” 14 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Yeni çiplər də təkmilləşdirilmiş “Skylake” arxitekturasından istifadə edir. Bu təkmilləşdirmə mobil qurğuların model və avtonomluğundan asılı olaraq takt tezliyinin 300-400 MHs artırılmasını nəzərdə tutur.

“Kaby Lake” çipləri bazasında ilk qurğuların sentyabrda satışa çıxarılacağı gözlənilir. “Intel” nümayəndələrinin sözlərinə görə, ilin sonunadək yeni prosessorlarla təchiz edilən 100-dən çox model istehsal ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.