İDMAN


Daha iki Azərbaycan güləşçisi IV İslam Həmrəyliyi Oyunlarının finalında

Bakı, 19 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Daha iki Azərbaycan təmsilçisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında final mərhələsində çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahir Əmiraslanov türkiyəli Nəbi Uzun üzərində 13:2 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Digər təmsilçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə tam üstünlüklə suriyalı Karem Abdullanı məğlub edərək İslamiadada qızıl mükafat uğrunda yarışacaq.

Cəbrayıl Həsənov (74 kq) səkkizdəbir final mərhələsində İran pəhləvanı Peyman Yarahmadiyə uduzaraq mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.