İDMAN


Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazanıb

Bakı, 21 iyun, AZƏRTAC 

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.

AZƏRTAC xəbər verir ki, millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz irlandiyalı Antoni Ceyms Uolkerlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı gücünü yoxlayıb. Olimpiya mükafatçımız digər İrlandiya boksçusu Emmet Brennan ilə döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında almaniyalı Silvio Şyerle ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev də Kamran Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. Avropa çempionatında 91 kiloqram çəki dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Şott Antoni Forresti mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü ingiltərəli Çeavan Klarka qarşı keçirəcək.

Səkkizdəbir finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Beləliklə, yığmamızın 5 üzvü mübarizəni iyunun 21-də baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar, həmçinin dünya çempionatında iştirak hüquna da yiyələniblər.

Qeyd edək ki, K.Şahsuvarlı və A.Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, polşalı Mateuş Polski, ukraynalı Yevgeni Barabanov və fransalı Camili-Dini Aboudo-Moindze ilə üz-üzə gələcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.