İQTİSADİYYAT


Daha üç ölkə neft hasilatının azaldılmasının daha 9 ay davam etməsinin tərəfdarıdır

Bakı, 19 may, Nihad Budaqov, AZƏRTAC 

Səudiyyə Ərəbistanı və Rusiyadan sonra daha üç ölkə - Küveyt, Oman və Venesuela da Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi digər neft istehsalçılarının hasilatın azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılmasının tərəfdarıdır.

AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bunu Küveytin neft naziri Essam Əl Marzouq deyib. O bildirib ki, gündəlik neft hasilatının azaldılması üzrə sazişin müddətinin 2018-ci ilin ilk rübünün sonunadək uzadılması dünyada neft ehtiyatlarının azalması üçün çox vacibdir.

Venesuelanın neft naziri də neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 9 ay uzadılmasının gələcəkdə neft bazarında sabitliyin təmin edilməsinə səbəb olacağını deyib.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.