MƏDƏNİYYƏT


Dahi bəstəkarın əsərlərinin orqan üçün işləmələrindən ibarət diskin təqdimatı keçiriləcək

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar, SSRİ Xalq Artisti, akademik Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət CD-nin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, diskin yazılışı ABŞ-da yaşayan həmvətənimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq tərəfindən Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində reallaşdırılıb.

CD haqqında məlumat verən Cəmilə Cavadova-Spitsberq deyib ki, diskə 23 musiqi nümunəsi daxil edilib. Bunlardan 15-i prelüd, digərləri isə “Tsarskoye selo heykəli”, “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baletindən “Lay-lay” və “Ehtiraslı qızın rəqsi”, “Yeddi gözəl” baletindən vals və başqa əsərlərdən parçalardır.

Müəllif, həmçinin dünya şöhrətli bəstəkarın əsərlərinin orqan üçün işləmələrini ilk dəfə Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovanın hazırladığını vurğulayıb: “Bu addım məni ilhamlandırdı və yeni bir ideyanın yaranmasına şərait yaratdı. İnanıram ki, bu əsərlər Qara Qarayev musiqisinin orqan aləti sahəsində boşluğuna öz töhfəsinə verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.