CƏMİYYƏT


Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunması və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Şəxsiyyət və zaman” adlı tədbirdə səslənib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü dövlət idarəçiliyində zəngin təcrübəsi olan əvəzsiz şəxsiyyət, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu fenomen şəxsiyyətin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın, milli şüurun oyanmasına əvəzsiz töhfə verib. Məhz ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan qısa müddətdə geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib. Uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyev parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.

Sonra tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə muzeyin rəisinin elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov mövzu ilə bağlı məruzə edib.

Muzeyin tədqiqatçı-elmi işçisi Sevər Həsənova, Hərb Oyunları Mərkəzinin nümayəndəsi, polkovnik Şair Ramaldanovun çıxışı dinlənilib, Azərbaycan Respublikasının bütün sahələrində, xüsusilə ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində ulu öndər Heydər Əliyevin roluna dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.