SİYASƏT


Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

A+ A

Minsk, 7 iyul, AZƏRTAC 

İyulun 12-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) növbəti iclası keçiriləcək.

Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.

Görüşdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 15-16-da Bişkekdə keçiriləcək iclaslarının gündəliklərinin layihələrini hazırlamaq planlaşdırılır. Bundan əlavə, DSNŞ üzvləri MDB Hökumət Başçıları Şurasının oktyabrın 28-də Minskdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə edilən təkliflərə baxacaqlar.

İclasda daimi səlahiyyətli nümayəndələr qurumun Dövlətlərarası Statistika Komitəsinin işçilərinin say tərkibinin optimallaşdırılması məsələsini müzakirə edəcək, MDB DBŞ-nin Birliyin müasir reallıqlara uyğunlaşdırılması haqqında qərarının layihəsini nəzərdən keçirəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.