İQTİSADİYYAT
Dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib
Bakı, 9 noyabr, AZƏRTAC
Bakı–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir. İşlər mərhələli qaydada aparılır. Hazırda dairəvi dəmir yolunun Nərimanov–Böyükşor mənzilində 2,2 kilometr uzunluğundakı hissəsinin təmirinə başlanılıb.
“Dəmiryolservis” MMC-nin direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumata görə, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.
Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıtda yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək mənzil başına rahat və təhlükəsiz çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]