DÜNYA
Dallasda iğtişaşlar: 5 polis öldürülüb, qatillərdən biri intihar edib VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Dallasda polislərin ölümündə şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan biri könüllü olaraq təslim olub.
AZƏRTAC RİA-Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, şəhəri bürüyən iğtişaşlar zamanı naməlum şəxslər polislərə atəş açıb. İnsident nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 11 nəfər isə yaralanıb.
Hazırda Dallas şəhərində xüsusi əməliyyat davam edir. Polisin məlumatına əsasən, daha bir cani intihar edib.
Xatırladaq ki, polisin iki qara dərili vətəndaşı qətlə yetirməsindən sonra ABŞ-da etiraz aksiyaları başlayıb. İyulun 5-nə keçən gecə Luiziana ştatının Baton-Ruj şəhərində iki polis əməkdaşı bir Afrika əsilli amerikalını yerə uzadıb, bundan sonra zabitlərdən biri saxlanılan şəxsi güllələyib. Ertəsi gün Minnesota ştatının Folkon-Hayts şəhərində də analoji hadisə baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]