Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq, “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 143; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 17.4-cü maddənin ikinci cümləsində və 22.5-ci maddədə “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” sözləri ilə əvəz edilsin.

2. 29-cu maddədə “qanunvericiliyinə” sözü “İnzibati Xətalar Məcəlləsinə” sözləri ilə əvəz edilsin.

3. 30-cu maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin