REGİONLAR


Dan Stav: Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var

A+ A

Lənkəran, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var. Xüsusilə rayonlarda kənd təsərrüfatını inkişaf etdirmək daha yaxşı səmərə verə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin ölkəmizdəki səfiri Dan Stav Lənkərana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, hər hansı ölkəyə investorları cəlb etmək üçün iki amil - siyasi sabitlik və inamın olması əsas şərtdir. Azərbaycanda isə bunların hər ikisi var.

Gələcəkdə israilli investorları Azərbaycanın bölgələrinə cəlb etməyin mümkün olacağını vurğulayan Dan Stav Lənkəranda kənd təsərrüfatının bir neçə qolunu inkişaf etdirmək üçün münbit şəraitin, İsraildə isə çox yüksək kənd təsərrüfatı sisteminin olduğunu diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, İsraildən Azərbaycana kənd təsərrüfatı mütəxəssislərini və investorları cəlb etməklə bu sahədə çox yaxşı əməkdaşlıq yarana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.