İDMAN


Dani Kintana: Məqsədimiz ardıcıl dördüncü dəfə çempion olmaqdır

Bakı, 15 yanvar, AZƏRTAC

Hələ mövsümün başa çatmasına üç ay var. Biz yaranmış fasilədə hazırlıqları davam etdiririk ki, gələcək aylarda da yaxşı nəticə qazanaq. Düzdür, fiziki hazırlıq çox yorucu olur. Ancaq qızıl medalları qazanmaq istəyiriksə, bunu etməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Dani Kintana deyib.

Futbolçu bildirib ki, komandası qış fasiləsinə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qəbələ”dən cəmi bir xal öndə yollanıb. “Bir xallıq fərq bizim üzərimizdə təzyiq yaratmır. Əsas məqsədimiz ardıcıl dördüncü dəfə çempion olmaqdır. Amma "Qəbələ"nin də çempionluq yarışında olması əlavə motivasiya yaradır. Komandamda funksiyam dəyişib. Bu mövsüm bir neçə oyun meydanda olmadım, ona görə az qol vura bildim. Çalışacağam ki, mövsümün qalan hissəsində qolların sayını artırım”, - deyə Dani Kintana əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.