DÜNYA


Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

Bakı, 12 avqust, AZƏRTAC

Bondiadanın prodüseri Barbara Brokkoli britaniyalı aktyor Daniel Kreyqlə “Agent-007” rolunu nəinki bir, hətta iki filmdə oynamaq barədə razılığa gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.

Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu il noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.

Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.

Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə “Kazino “Royal” filmində canlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.