SİYASƏT


Daniel Zisenvine: V Beynəlxalq multikulturalizm yay məktəbi iştirakçıların xatirələrində dərin iz buraxacaq

Bakı, 29 iyul, AZƏRTAC 

“Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” mövzusunda V Beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində iyulun 29-da İsrailin Təl-Əviv Universitetinin professoru Daniel Zisenvinenin “İnterkultural əlaqələrin öyrənilməsi: yəhudilər və ərəblər Şimali Afrikada” mövzusunda mühazirəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, mühazirəçi İslam və yəhudi dinlərində olan müqəddəs mətnlər barədə tarixi faktlara əsaslanan məlumatlar verib, bu dinlər arasında əsrlərboyu mövcud olan problemlərə diqqət çəkib və bu problemləri daha çox dialoqun olmaması ilə əlaqələndirib. Professor bu problemlərin həlli kimi müxtəlif səviyyələrdə və formatlarda açıq müzakirələrin, dialoqun həyata keçirilməsinin vacibliyini önə çəkib.

Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Daniel Zisenvine deyib ki, Beynəlxalq multikulturalizm yay məktəbi iştirakçıların xatirələrində dərin iz buraxacaq, çünki öz mədəniyyətlərini təqdim edən gənclər həm də digər ölkələrin nümayəndələri ilə tanış olaraq onların multikultural dəyərlərini öyrənirlər. Ona görə də bu, çox önəmli layihədir. Gənclər çox şey öyrəndilər. Dünyanın müxtəlif yerlərindən Azərbaycana gələn tələbələrin multikultural dəyərlərin yayılmasında mühüm rolu olacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən yay məktəbində 26 ölkənin - Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin və digər ölkələrin aparıcı universitetlərindən 60-dək tələbə iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.