İDMAN
Danimarka “Bakı-2015” ilk Avropa Oyunlarında 5 badmintonçu ilə təmsil olunacaq
Bakı, 6 may, AZƏRTAC
Danimarkanı “Bakı-2015” ilk Avropa Oyunlarının badminton yarışlarında təmsil edəcək idmançılar müəyyənləşib.
AZƏRTAC “Bakı-2015”ə istinadla xəbər verir ki, kişilərin şəxsi yarışında Avropa çempionu Emil Holst birincilik uğrunda mübarizə aparacaq. Cütlüklərin yarışında isə Danimarkanı Matiaz Boa və Karsten Moqensen təmsil edəcəklər. Bu cütlük “London-2012” Yay Olimpiya Oyunlarının və 2013-cü il dünya çempionatının gümüş mükafatçısıdır.
Danimarka Badminton Federasiyası qadınların yarışına iki idmançı göndərəcək. Bunlar Line Kyaesfeldt və Anna Tea Madesndir.