DÜNYA


Danimarka hökuməti gənclərin siqaret çəkməsinin qarşısını almaq planını açıqlayıb

A+ A

Stokholm, 25 avqust, AZƏRTAC 

Danimarka hökuməti “xərçəng xəstəliyinə qarşı mübarizədə tarixi plan” adlandırdığı layihənin təfərrüatlarını dərc etdirib. IV “Xərçəngə qarşı mübarizə paketi”ndə bir çox müddəalarla yanaşı, gənclər arasında siqaretin qadağan olunmasına dair yeni maddə də yer alıb.

Hökumətin planına əsasən təhsil müəssisələrində siqaret çəkmək əleyhinə yeni məhdudiyyətlər qoyulmalı, habelə həddi-büluğa çatmayanlara tütün məmulatlarının satışı qadağan edilməlidir. Sonuncu maddənin həyata keçirilməsinə nail olmaq üçün ölkənin iş adamları ilə iş aparılması planlaşdırılır.

Danimarkanın səhiyyə naziri Sofi Luxde KİV-ə müsahibəsində deyib: “Getdikcə daha çox sayda uşaq və gənclər siqaret çəkməyə başlayırlar. Biz buna qarşı tədbir görməliyik. Əgər məqsədimizə - bu gün doğulan uşaqların hamısının 2030-cu ilədək siqaret çəkməməsinə nail ola bilsək, yeni xərçəng xəstəlikləri hallarının qarşısının alınmasında irəli gedəcəyik”.

Hökumətin xərçəngə qarşı mübarizəyə böyük önəm verdiyini vurğulayan Sofi Luxde deyib: “Biz bu sahədə problemin həllinə tarixdə görünməmiş böyük məbləğdə pul ayırmağa hazırlaşırıq”. Hökumət planın həyata keçirilməsi üçün 2,2 milyard Danimarka kronu (333 milyon dollardan çox) ayırmaq fikrindədir.

Qeyd edək ki, Avropa Onkoloji Konqresinin Vyanada elan edilmiş tədqiqatının nəticələrinə görə, Danimarkada xərçəng xəstəliyindən sağalma faizi (50,9 faiz) Qərbi Avropa ölkələri sırasında ən aşağı hesab olunur. Bu, qonşu ölkələrdən - İsveç (64,7 faiz), Finlandiya (61,4 faiz) və Norveçdən (58,6) xeyli aşağıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.