SİYASƏT
Danimarka parlamentində “Azərbaycanın dostları” deputat qrupunun yaradılması təklif edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin sədri Nazim Əhmədli və Danimarkadakı “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi Danimarka Sosial Demokrat Partiyasının təmsilçisi, xanım deputat Yıldız Akdoğan ilə görüşüb.
Görüşdə Y.Akdoğana Azərbaycanla bağlı kitablar hədiyyə olunub.
Söhbət zamanı Danimarka parlamentində “Azərbaycanın dostları” adlı deputat qrupunun yaradılması ilə bağlı təklif səsləndirilib. Bildirilib ki, məqsəd Danimarka parlamentinin deputatlarına Bakıda Azərbaycanla bağlı daha dolğun məlumat vermək və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına yardımçı olmaqdır.
Azərbaycanı çox sevdiyini söyləyən deputat irəli sürülən təklifi yüksək qiymətləndirib.
Yıldız Akdoğan üçüncü dəfədir Sosial Demokrat Partiyasından Danimarka parlamentinə deputat seçilib.