DÜNYA


Danimarka paytaxtında atışma nəticəsində iki polis və bir mülki şəxs yaralanıb

A+ A

Stokholm, 1 sentyabr, AZƏRTAC

Ötən gecə Danimarka paytaxtında atışma nəticəsində 3 nəfər yaralanıb. Hadisə Kopenhagenin “Xristianiya” adlanan məhəlləsində baş verib. Bu məhəllə onunla məşhurdur ki, Danimarka Krallığının əksər qanunları orada işləmir. Atışma narkotik maddələr satmaqda şübhə doğuran şəxsin saxlanması üçün əməliyyat aparılan vaxtda baş verib.

Hadisə nəticəsində bir polis işçisi başından, digəri ayağından yaralanıb. Həmin vaxt yaxınlıqda olan bir nəfər əcnəbi də odlu silah yarası alıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, cinayətləri törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb gizlənməyə nail olub. Polis onun həbs edilməsi üçün əməliyyata başlayıb. Qonşu İsveçin hüquq-mühafizə orqanları da qaçqın canini axtarırlar.

Qeyd edək ki, Danimarkada belə hadisələr çox nadir hallarda baş verir. Hadisənin törədildiyi məhəllə Kopenhagendə 1970-ci illərin əvvəlində hippilər birliyi tərəfindən yaradılmış “dövlət içində dövlət” kimi məşhurdur. Kopenhagenin bir məhəlləsi olan Xristianiyanın girəcəyində iri daşlar qoyulub. Hökumət dəfələrlə həmin daşları oradan götürtdürüb, lakin yerli sakinlər hər dəfə onları yenidən oraya qaytarır. Bu məhəllənin sakinləri Danimarka qanunlarından fərqli olan öz qanunlarını elan edirlər. Məsələn, avtomobillərin qaçırılması, oğurluq, kəskin təsirli narkotiklər, odlu silah və zirehli jilet alveri qadağan edilib. Lakin bu rayonda yüngül narkotiklər alveri geniş yayılıb, polis orada müntəzəm basqınlar keçirir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.