DÜNYA


Danimarka və İsveç zəlzələdən zərər çəkmiş İtaliyaya kömək göstərməyə hazırdır

A+ A

Stokholm, 26 avqust, AZƏRTAC

Danimarka və İsveç hökumətləri avqustun 24-də dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş Amatriçe mahalının bərpası və yenidənqurma işlərində İtaliyaya kömək etməyə hazır olduqlarını bildiriblər.

Danimarkanın Baş naziri Lars Lökke Rasmussen yerli KİV-lərə müsahibəsində deyib: “Zəlzələ qurbanları, onların ailələri və itkin düşmüş yaxın adamlarından ümidsiz halda xəbər gözləyən insanlar fikrimdən çıxmır. Bu çətin vaxtda italyanlar istəsələr, Danimarka onlara kömək etməyə hazırdır”.

İsveçin Baş naziri Stefan Löven də mediaya verdiyi müsahibədə eyni fikirləri səsləndirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.