DÜNYA


Danimarkada ilk qadın məscidi açılıb

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 26-da Kopenhagendə qadınlar tərəfindən idarə olunan ilk skandinav məscidində birinci namaz qılınıb.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, kişilər üçün girişin qadağan olunduğu məscid “İslam feminizmi” layihəsinin dönüş nöqtəsi hesab olunur. Altı ay əvvəl ticarət küçəsində yerləşən bir mənzildə yaradılan məscidin məqsədi qadınlara hakimiyyəti ələ ala biləcəklərini göstərməkdir.

İmam Salihə Mari Fettehin ilk vəzində yarısı müsəlman olmaqla 60-a yaxın qadın iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.