DÜNYA
Danimarkada sərhəddə yoxlamalar aparan polisləri könüllülər əvəz edəcəklər
Stokholm, 28 aprel, AZƏRTAC
Danimarka hökuməti bəyan edib ki, miqrantların axını azaldan sonra “Yerli müdafiə qoşunları”ndan olan könüllülər sərhədlərin mühafizəsi üzrə öhdəliklərin böyük hissəsini öz üzərinə götürəcəklər.
Danimarka KİV-ləri bu barədə məlumatı krallığın ədliyyə naziri Serena Pindaya istinadla yayıblar. Nazir KİV-lərə müsahibəsində deyib: “Yerli müdafiə qoşunları” sərhəd nəzarəti məsələsində polisə kömək edəcəklər”.
Hakimiyyət orqanlarının qərarına görə, “ Yerli müdafiə qoşunları”nın könüllüləri iyun ayından başlayaraq hazırda seçmə sərhəd yoxlamaları ilə məşğul olan 165 polis zabitini əvəz edəcəklər.
Danimarka hökuməti bu il yanvarın 4-də qonşu İsveç və Norveçdən nümunə götürərək, öz sərhədlərinə nəzarət tətbiq edib. Danimarka hökuməti bu addımları belə izah edib: qonşu ölkələrinin sərhədlərində yoxlamalar İsveçə və Norveçə yollanan qaçqınların Danimarkada ləngiməsinə səbəb ola bilər.
Ötən il Danimarkaya sığınacaq verilməsi ilə əlaqədar 21-dən çox müraciət olub. Müxtəlif sosiolojı sorğuların nəticələrinə görə, qaçqınlar məsələsi danimarkalıları daha çox narahat edib, buna görə də hökumət sığınacaq istəyənlərin axınını azaltmaq üçün qanunvericilik və siyasi səviyyələrdə bir sıra tədbirlər görüb. Hakimiyyət orqanlarının addımları təsirsiz ötüşməyib – ölkəyə gələn qaçqınların sayı xeyli azalıb. Buna görə sərhəd nəzarəti tədbirlərinin müddəti dəfələrlə uzadılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm