SİYASƏT


Danimarkada terror aktlarını pisləyən aksiya keçirilib

Kopenhagen, 28 dekabr, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Türkiyə səfirliyinin qarşısında bu ölkədə fəaliyyət göstərən Skandinaviya Türk Federasiyası tərəfindən son vaxtlar Türkiyədə baş verən terror aktlarını pisləyən aksiya keçirilib. Aksiyaya Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri, həmçinin türk və türkmən diaspor fəalları iştirak ediblər.

Aksiyada əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib. Sonra son vaxtlar Türkiyədə baş verən terror hücumlarında öldürülən insanların ruhu birdəqiqəlik sükutla yad olunub.

Çıxış edən Skandinaviya Türk Federasiyasının sədr müavini Bahadur Güler dinc insanların ölümünə səbəb olan terror aktlarının yolverilməz olduğunu qeyd edib, yaranan təhlükəyə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.

Mitinqdə iştirakçılar əhidlər ölməz, vətən bölünməz!"“Terrora lənət!” kimi şüarlar səsləndiriblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Kopenhagen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.