SİYASƏT


Danimarkadakı Azərbaycan diasporu Rusiya dövlət və hökumət nümayəndələrinə müraciət qəbul edib

Stokholm, 24 may, Rauf Əliyev, AZƏRTAC

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına etirazını bildirib.

Cəmiyyət adından Rusiya Federasiyasının Prezident Administrasiyasına, Federal Məclisin Dövlət Dumasına, Federal Məclisinin Federasiya Şurasına və Ali Məhkəməsinə müraciətlər qəbul edilib.

Müraciətlərdə mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvi barədə verdiyi qərarın subyektiv xarakterli olduğu, göstərilən faktların qanuni nöqteyi-nəzərdən qeydiyyatın ləğvi üçün kifayət etmədiyi qeyd olunur.

Baş verən bu halın Rusiyada Azərbaycan əleyhinə çalışan qüvvələrin təxribatçı fəaliyyətinin bir hissəsi olduğu vurğulanan müraciətdə bu qüvvələrin son vaxtlar daha da güclənərək iki ölkə arasındakı münasibətlərə kölgə salmaq üçün fəaliyyət göstərdiyi diqqətə çatdırılır.

Bəyanatda bütün bu faktların nəzərə alınması və ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı qərara yenidən baxılması xahiş olunur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.