SİYASƏT


Danimarkadakı Azərbaycan diasporu Türkiyənin milli bayramı ilə bağlı tədbirdə təmsil olunub

A+ A

Kopenhagen, 31 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar qardaş ölkənin Danimarkadakı səfirliyi tərəfindən təşkil edilən rəsmi ziyafətdə krallıqda fəaliyyət göstərən Azərbaycan “Vətən” Cəmiyyətinin təmsilçiləri də iştirak edib.

Kopenhagendə baş tutan mərasimə Danimarka hökumətinin və parlamentinin nümayəndələri, krallıqda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, media mənsubları, habelə müxtəlif türkdilli icmaların nümayəndələri qatılıb.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmezlə söhbət zamanı birgə həyata keçirilən layihələrə toxunaraq, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb.

Diaspor fəalı ziyafətdə iştirak edən qonaqlara ölkəmizin reallıqları barədə ətraflı məlumat verib. O, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdən, əldə edilən iqtisadi və siyasi uğurlardan, həmçinin Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların uzun illər davam edən işğal faktı barədə danışıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Kopenhagen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.