SİYASƏT


Danimarkadakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib

Stokholm, 6 iyul, Rauf Əliyev, AZƏRTAC

Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı müxtəlif qurumlara məktub ünvanlayıb.

BMT-nin baş katibi Antonio Quterreşə, Avropa Parlamentinin baş ofisinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Danimarka parlamentinin spikeri Mogens Likketofta, habelə parlamentin xarici siyasət komitəsinin sədri Mette Gyerskova və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilən məktubda diqqətə çatdırılıb ki, baş verən hadisə nəticəsində mülki şəxslər - Quliyeva (Allahverdiyeva) Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızılı öldürülüb, Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktubda belə halların Azərbaycan ərazilərinin işğalı ilə birlikdə beynəlxalq hüquq normalarına tam zidd olduğu xüsusi vurğulanıb. Bütün bu vəhşiliklərin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğunun qeyd edildiyi məktubda bunun Ermənistan hakimiyyətinin terrorist mahiyyətini göstərdiyi bildirilib.

“Vətən” cəmiyyəti dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin əl atdığı digər qanunsuz addımlara və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.