SİYASƏT
Danimarkadakı Azərbaycan və türk diasporu erməni təxribatlarına tutarlı cavab verəcək
Kopenhagen, 26 aprel, AZƏRTAC
Danimarkada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı birgə toplantı keçirib.
Toplantıda erməni diasporunun Kopenhagendə təxribat xarakterli fəaliyyətinə qarşı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən müvafiq cavabların veriləcəyi bildirilib.
Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi ermənilərin 1915-ci il hadisələrini soyqırımı kimi təqdim etməsini pisləyib, onların zaman-zaman dinc türklərə, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərdən danışıb.
Sonda Kopenhagendə fəaliyyət göstərən Azərbaycan və türk diasporu adından Danimarka parlamentinin üzvlərinə, dövlət nazirlərinə və ölkədə mövcud olan beynəlxalq təşkilatlara etiraz məktubu göndərilib.