SİYASƏT


Danimarkanın Ahrus şəhər bələdiyyəsinin üzvü Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Danimarka Krallığındakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov bu ölkənin Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Ahrus bələdiyyəsinin üzvü Hüseyin Aracla görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət aparılıb. Səfər Sadiqi, Nazim Əhmədli və Ayaz Məmmədov Ahrus bələdiyyəsinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı kitablar, bukletlər, Azərbaycan bayraqları veriblər.

Nazim Əhmədli Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsalı olan “Atəşkəs” sənədli filminin diskini Ahrus bələdiyyəsinə hədiyyə edib.

Ahrus şəhərindəki fəaliyyətində həmişə Azərbaycanla bir olduğunu deyən Hüseyin Arac qeyd edib ki, bundan sonra da Azərbaycanın haqq səsinin yayılmasına yardımçı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.