DÜNYA
Danimarkanın ən böyük təbii qaz yatağı bağlanacaq
Bakı, 30 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Maersk Oil” tərəfindən işlədilən Danimarkanın ən böyük təbii qaz yatağının bağlanacağı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Tyra” yatağında qalan ehtiyatların tam olaraq istifadə edilməsi üçün iqtisadi baxımdan tətbiq olunan bir həll hələ ki, müəyyən edilməyib və yataqdan hasilatın 2018-ci il oktyabrın 1-dən dayandırılması qərara alınıb.
“Tyra” 1984-cü ildən bəri Danimarkanın Şimal dənizində yerləşən təbii qaz hasilatı və emalı mərkəzidir. “Maersk Oil” son 15 ildir “Tyra”da fəaliyyət göstərən neft qurğusunun qoyulan investisiyalara baxmayaraq, yer altındakı əhəng qatının dağılması və fırtınalar ilə əlaqədar heç vaxt tam gücü ilə işləmədiyini bildirib. İstehsalın dayandırılması barədə qərarda təbii amillərin mühüm payı olduğunu vurğulayıb.
Danimarkanın qaz hasilatının 90 faizdən çoxu “Tyra”da qurğuları vasitəsilə işlənilir. “Tyra”da “A.PL Moller – Maersk” 31,2 faiz, “Shell” 36,8 faiz, “Nordsøfonden” 20 faiz və “Chevron” 12 faiz iştirak payına malikdirlər. Yataq birgə ortaqlıq olan “DUC” adına “Maersk Oil” tərəfindən işlədilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]