CƏMİYYƏT


“Danışan kitablar” mobil tətbiqetməsi oxucuların istifadəsinə verilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən “Danışan kitablar” adlı layihə çərçivəsində eyniadlı mobil tətbiqetmə oxucuların istifadəsinə verilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, mobil tətbiqetmədən istifadə etməklə oxucular həm Azərbaycan, həm də dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan M.F.Axundzadənin “Aldanmış kəvakib”, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, Den Braunun "Mələklər və İblislər", Xalid Hüseyninin "Çərpələng uçuran" və digər qiymətli əsərləri dinləyə bilərlər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Artıq kitablar danışır" şüarı altında keçirilən "Danışan kitablar" layihəsinin diskləri 2013-cü ildə işıq üzü görüb.

"Danışan kitablar" mobil tətbiqetməsini Android platformalı mobil cihazlar üçün keçid: https://play.google.com/store/apps/details?id=cmgroup.talkingbooks.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.